Accra Reset təşəbbüsünün prezidentlər şurasının yaratdığı müstəqil ekspertlər paneli altı aylıq müzakirələrdən sonra qlobal səhiyyə sisteminin yenidən formalaşdırılması və ölkələrin səhiyyə sahəsində suverenliyinin gücləndirilməsi məqsədilə beş siyasi dəyişiklik və 10 tövsiyə irəli sürüb.
QHT.az xarici mediaya istinadən bildirir ki, tövsiyələr arasında ölkələrin bir il ərzində səhiyyə sahəsində fəaliyyətləri əlaqələndirmək üçün öz milli planlarını hazırlaması və beynəlxalq təşkilatların funksiyalarının birləşdirilməsi ilə bağlı qərarlarda daha çox söz sahibi olması yer alır.
Accra Reset təşəbbüsü bir il əvvəl ölkələrin öz səhiyyə prioritetlərini müəyyən etdiyi və tərəfdaşlıqların yardım asılılığı üzərində deyil, daha bərabər əməkdaşlıq prinsipi əsasında qurulduğu qlobal səhiyyə sistemi yaratmaq məqsədilə başladılıb.
Ekspertlər panelinin təqdim etdiyi yeni tövsiyələr də məhz bu yanaşmanı gücləndirməyə və ölkələrin öz səhiyyə siyasətlərinə daha çox nəzarət etməsinə şərait yaratmağa yönəlib.
Piranə Xasiyeva












