BMT-nin İnkişaf Proqramının (UNDP) administratoru Alexander De Croo BMT-nin çoxtərəfli sisteminin hələ də həyati əhəmiyyət daşıdığını bildirərək, təşkilatın “çoxtərəfli əməkdaşlıqda dönüş nöqtəsinə” ehtiyac duyduğunu deyib.

QHT.az xarici mediaya istinadən bildirir ki, BMT Baş Assambleyasının 81-ci sessiyası (UNGA81) çərçivəsində keçirilən Devex Impact House tədbirində inkişaf sahəsinin rəhbərlərinə müraciət edən De Croo hazırda “çoxtərəfli əməkdaşlıqda dönüş nöqtəsində” ola biləcəyimizi söyləyib.

Devex-in prezidenti və baş redaktoru Raj Kumar ilə canlı müsahibəsi zamanı BMT-nin baş katibinin müavini və Belçikanın keçmiş baş naziri Alexander De Croo Birləşmiş Millətlər Təşkilatının əhəmiyyətini müdafiə edib. O, BMT-nin dünyanı bürümüş və bir-biri ilə əlaqəli çoxsaylı böhranların həllində mühüm və güclü rol oynaya biləcəyini bildirib.

Son iki il ərzində çoxtərəfli qurumlar, xüsusilə də BMT, ən böyük maliyyə donorlarından biri olan ABŞ tərəfindən ciddi tənqidlərə məruz qalıb. BMT-yə maliyyələşmə hətta Donald Trampın 2025-ci ildə ikinci dəfə ABŞ prezidenti seçilməsindən əvvəl azalmağa başlamışdı. Lakin De Croonun sözlərinə görə, dünya liderləri BMT-nin fəaliyyət metodlarını sual altına ala bilsələr də, görülən işlərin özünün zəruriliyini şübhə altına almırlar.

Piranə Xasiyeva