Milli Məclisdə tələbə-gənclər təşkilatları ilə görüş keçirilməsi təklif edilib.
QHT.az Ölkə.az-a istinadən xəbər verir ki, bu təkliflə Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Müşfiq Cəfərov komitənin bugünkü iclasında çıxış edib.
Onun fikrincə, Azərbaycanda bu təşkilatların mövcudluğu hiss edilmir:
“Bu sahədə durğunluq yaşanır. Əvvəllər gənclərin inkişafı üçün çoxlu layihələr, faydalı tədbirlər, görüşlər, səfərlər təşkil olunurdu. Düşünürəm ki, həmin təşkilatlarla parlamentdə görüşlərin təşkili önəmlidir. Onlarla ünsiyyət quraq, dinləyək. Bəlkə də elə məsələlər var, biz onlara kömək edə bilərik. Bəzi qurumlar var ki, onların da köməyi ilə bu sahəni canlandıra bilərik".
Deputat təklif edib ki, payız sessiyasında gənclər və tələbə-gənclər təşkilatları ilə görüşlər keçirilsin:
“Dinləmə də keçirmək olar. Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Məşğulluq Agentliyi kimi qurumları da dəvət etmək olar. Onların da köməyi ilə bu sahəni canlandıra bilərik”.
Mürtəza












