“Reklam mətnlərində Azərbaycan dilinin saflığının qorunması” layihəsi çərçivəsində forum keçirilib.
QHT.az xəbər verir ki, tədbir “Reklam və Marketinqin İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə təşkil olunub.
Forumda reklam mətnlərində Azərbaycan dilindən düzgün istifadə, ədəbi dil normalarına əməl olunması, reklamlarda yol verilən dil və üslub xətaları, eləcə də ana dilinin saflığının qorunması məsələləri müzakirə edilib.
Tədbir 22 sentyabr 2026-cı ildə “Bakı KOB evi”ndə keçirilib. Forumda dövlət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının, media və reklam sektorunun nümayəndələri iştirak ediblər.












