Accra Reset təşəbbüsü ölkələrin öz səhiyyə prioritetlərini müəyyənləşdirdiyi və qlobal tərəfdaşlıqların daha bərabər qurulduğu səhiyyə sistemi yaratmağı hədəfləyir. Qana isə bu yanaşmanı öz ölkəsində həyata keçirmək üçün artıq fəaliyyətə başlayıb. Ölkə daxili səhiyyə resurslarını artırmağa və xidmətləri genişləndirməyə çalışır.

QHT.az xarici mediaya istinadən bildirir ki, Qananın səhiyyə naziri Kvabena Mintah Akandoh BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilən Devex Impact House tədbirində bildirib ki, ölkə Accra Reset-in prinsiplərini həyata keçirmək üçün gözləmək niyyətində deyil.

“Biz artıq səhiyyə sahəsinə ciddi investisiyalar qoymağa başlamışıq. Çünki taleyimizi öz əlimizə almaq istəyirik”, – nazir deyib.

Accra Reset təşəbbüsü bir il əvvəl ölkələrin öz səhiyyə prioritetlərini müəyyənləşdirdiyi və qlobal tərəfdaşlıqların yardım asılılığı üzərində deyil, daha bərabər əməkdaşlıq prinsipi əsasında qurulduğu səhiyyə sistemi yaratmaq məqsədilə başladılıb.

Bu təşəbbüs xarici yardımlarda kəskin ixtisarların baş verdiyi bir dövrdə irəli sürülüb. Qana isə səhiyyə sahəsində daxili resursları gücləndirməklə xarici yardımdan asılılığı azaltmağa və ölkənin öz səhiyyə ehtiyaclarını daha müstəqil şəkildə qarşılamağa çalışır.

Piranə Xasiyeva