"2025- ci il Azərbaycanda QHT sektorunda Qlobal Cənub Platformasınin yaradııması, Şuşada QHT-lərin VI İnkişaf və Mübadilə proqramı,  Xankəndidə QHT-lərin  Əməkdaşlıq Forumu, Gülüstan sarayında Türk Dövlətləri Təşkilatlarının Əməkdaşlıq Forumunun keçirilməsi ilə yadda qaldı.  Bu tədbirlər  qeyri-hökumət təşkilatlarının inkişafı, əməkdaşlıq əlaqələrinin genişlənməsi və  təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı, eyni zamanda strateji yol xəritəsi və qarşıda duran perspektivlərini də  müəyyən etdi".

Bunu “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin sədri Zaur Quliyev QHT - a bildirib. Onun sözlərinə görə, eyni zamanda il ərzində mövcud dünyamızın fürsət və çağırışları ilə əhatələnən rəqəmsallaşma, vətəndaş cəmiyyəti üçün rəqəmsal alətlər, elektronlaşma, Qərbi Azərbaycana qayıdış istiqamətində praktiki addımlar atıldı, yerli və beynəlxalq səviyyədə maarifləndirmə fəaliyyətləri genişləndirdi, QHT-lərin yeni formatda iştirakçılığı artdı, resurs, bilik və təcrübə baxımından yeni çağırışlar vətəndaş cəmiyyətinin əsas fəaliyyətlərini təşkil etdi.