28 dekabr Vəkillər günüdür.
QHT.az xəbər verir ki, tanınmış hüquqşünas Aydin Kərimov bildirib ki, Şərq dövlət fəlsəfəsinə və ənənəsinə görə hər ləyaqətli və ədalətli hökümdarın yanında vəzirlə yanaşı vəkil də olurdu:
"Vəzir hakimiyyəti, vəkil insanları təmsil edirdi. Hökümdar bu tərəflərin mövqe və maraqlarını uzlaşdıra biləndə ədalətli hesab olunurdu. O həm hakimiyyəti qoruyurdu, həm onu yedizdirdən rəiyyəti. Vəzirlik səlahiyyətli, vəkillik şərəfli idi. Bu tarazlığı qoruyan hakim adil hesab edilirdi. Bu çox qədimlərdə belə idi.
Vəkillər gününüz mübarək!!! "












