Azad Mirzəcanzadə İnkişaf Proqramı çərçivəsində ADA Universiteti Lənkəran və Cəlilabad rayonlarında da məlumatlandırıcı sessiyalar keçirilib.

QHT.az xəbər verir ki, proqram “Regional İnkişaf” İctimai Birliyi tərəfindən yeni imkanları dəyərləndirməyi, aktual problemlərin yaradıcı həlli yollarını tapmağı bacaran, dayanıqlı gələcəyə töhfə verməyə çalışan, çevik, innovativ yanaşmalara sahib gənclərin üzə çıxarılması və onların inkişafına dəstək verilməsi məqsədilə icra edilir.

Qeyd edək ki, 18-35 yaşarası hər bir Azərbaycan vətəndaşı https://bitly.ws/VVKj link vasitəsilə qeydiyyatdan keçərək proqrama qoşulmaq üçün müraciət edə bilər.

 

 

Pərvanə Fərhadqızı