Uzun illər 178 nömrəli məktəbdə çalışan biologiya- kimya müəllimi, məktəbin təşkilati işlər üzrə direktor müavini Ədalət Tarverdiyevlə sonuncu dəfə kollektivin görüşü olub.
QHT.az xəbər verir ki, kollektivin səmimiyyəti, şagirdlərin alqış sədaları altında Ədalət müəllimdə xoş əhval ruhiyyə yaranıb. Onun göz yaşları hər bir kəsi duyğulandırıb. Sanki məktəblə, kollektivlə, şagirdlərlə birlıkdə qalmaq istəyirdi. 61 yaşı tamam olan, lakin pensiya yaşı tamam olmayan Ədalət müəllim səhhəti ilə bağlı işdən könüllü çıxmaq haqqında ərizə yazıb.
Sonra məktəbin direktor əvəzi Ülviyyə Cumayeva öz çıxışında Ədalət müəllimə öz ürək sözlərini deyib. Belə təntənəli yolasalma mərasimi məktəbin tarixində bir ilk olub.
Pərvanə Fərhadqızı












