Azərbaycan Dövlət İqtisad Universiteti 25 yanvar 2023-cü ildə imzalamış Əməkdaşlıq Müqaviləsinə uyğun olaraq "Azərlotereya" ASC ilə uğurlu fəaliyyətini davam etdirir.

QHT.az xəbər verir ki, Universitetin rektoru Ədalət Muradov bildirib ki, "Azərlotereya" ASC-nin iki əməkdaşı UNEC Biznes Mərkəzinə tədris prosesinə cəlb olunub: “UNEC tələbələri "Azərlotereya" ASC-yə staja cəlb edilib və işlə təmin edilib. "Qeyri Akademik Transkript" layihəsinin hazırlanması istiqamətinə əməkdaşlıq davam etdirilir. Bu gün isə "Azərlotereya" ASC UNEC kitabxanasına 129 ən yeni kitab hədiyyə edib. UNEC-ə kitab bağışlamaq təşəbbüsünə və bütövlükdə, faydalı əməkdaşlığa görə İdarə heyətinin sədri hörmətli Osman Karakuş başda olmaqla "Azərlotereya" ASC-nin kollektivinə təşəkkür edir və digər şirkətləri də bu təşəbbüsə qoşulmağa çağırıram”.

 

Pərvanə Fərhadqızı