Ağdamda sosial rifahın davamlı şəkildə təmin olunması üçün məşğulluq sahəsində məqsədyönlü və inklüziv proqramların icrası vacibdir.

Bu sözləri QHT.az-a “Ailələrə Sosial Dəstək” İctimai Birliyinin sədri, əməkdar müəllim Esmira Rəhimova bildirib. Onun fikrincə, işsiz şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi, özünüməşğulluğa dəstək, peşə hazırlığı, bilik və bacarıqların artırılması xüsusi diqqət mərkəzində olmalıdır:

"İqtisadiyyatın inkişafı həm dövlət, həm də özəl sektorun fəal əməkdaşlığına əsaslanmalıdır. Ağdam ərazisində özəl təşəbbüslərin gücləndirilməsi, innovativ bizneslərin təşviqi və qeyri-neft sektorunda özəl maliyyələşmənin artırılması regionun iqtisadi dirçəlişi üçün əsas şərtlərdən biridir".