Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Ağdərə rayonunun Həsənriz, Heyvalı və Çapar kəndlərinə növbəti köç ilə bağlı püşkatma mərasimi keçirilib.

QHT.az xəbər verir ki, tədbirdə Komitə yanında fəaliyyət göstərən İctimai Şuranın üzvləri Qorxmaz Mustafayev və Rufik İsmayılov da iştirak ediblər. Uzun illər həsrətdən sonra doğma yurdlarına qovuşan soydaşlarımız, onlara göstərilən diqqət və qayğıya görə Ali Baş Komandana və şanlı Ordumuza dərin minnətdarlıqlarını ifadə edib, Vətən uğrunda canından keçən şəhidlərimizin müqəddəs xatirəsini ehtiramla anıblar.

Komitə tərəfindən sakinlər üçün mina təhlükəsi ilə bağlı maarifləndirici videoçarx nümayiş etdirilib. Qeyd olunub ki, Komitə əməkdaşları püşkatma prosesini ədalətli və şəffaf şəkildə təşkil edib.