İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli bu gün keçirilən seçkilərdə Maliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü seçilib.
QHT.az xəbər verir ki, Eyyub Kərimli seçki nəticələri ilə bağlı açıqlamasında ona dəstək göstərən hər kəsə təşəkkür edib:
“Seçkilərdə mənə dəstək verən bütün həmkarlarıma, eləcə də seçki prosesinin şəffaf keçirilməsində xidməti olan hər kəsə təşəkkürümü bildirirəm. Ölkə iqtisadiyyatının inkişafına bütün bilik, təcrübə və bacarıqlarımızla birgə xidmət edəcəyik. Şuraya üzv seçilən digər peşəkar həmkarlarımı ürəkdən təbrik edirəm.”
Qeyd edək ki, Maliyyə Nazirliyi yanında İctimai Şura fiskal siyasətin şəffaflığı, ictimai iştirakçılıq və maarifləndirmə istiqamətində fəaliyyət göstərən mühüm məsləhətçi qurumlardan biridir.












