Aksarayda uşaq bağçası xidməti mikroavtobusu ilə yüngül ticarət maşınının toqquşması nəticəsində 14 uşaq xəsarət alıb.
QHT.az xəbər verir ki, Yavuz Sultan Səlim məhəlləsində Murat Balcının idarə etdiyi 68 S 0577 dövlət nömrə nişanlı körpələr evi xidməti mikroavtobusu Hüseyn İpək idarə etdiyi 68 HS 514 dövlət nömrə nişanlı yüngül ticari avtomobillə toqquşub.
Xəbərdarlıq üzərinə qəza yerinə çoxlu polis və sağlamlıq qrupu sövq edilib.
Qəzada körpələr evi xidmət mikroavtobusunda olan 14 uşaq yaralanıb.
Sağlamlıq qrupları tərəfindən Aksaray Təhsil və Araşdırma Xəstəxanasına köçürülən uşaqların vəziyyətinin yaxşı olduğu öyrənilib.












