“Dünya azərbaycanlılarının qəlbi bu gün Şuşada döyünür. Türkiyədə, Orta Asiya ölkələrində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları bizə dəstəyini ifadə ediblər”.
QHT.az bildirir ki, Bunu Bakıvaxtı.az-a açıqlamasında hərbi ekspert Emin Həsənli bildirib.
O qeyd edib ki, rəhbərlik etdiyi təşkilatın nümayəndələri hazırda Şuşadadır: “Bir gün də mən aksiyada iştirak etdim. Aksiyaçılarda yüksək əhval-ruhiyyə var. Onlar vətənpərvərlik mahnıları səsləndirib, həmrəylik nümayiş etdirirlər. Şuşada keçirilən aksiyada iştirak etmək üçün müraciət edənlər çoxdur”.
Hərbi ekspertin sözlərinə görə, yaxın gələcəkdə Xankəndinə və Xocalıya Azərbaycanın ekoloqları və media nümayəndələri səfər edəcəklər: “Bu yerlərdə yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməsələr, istədikləri yerə gedə bilərlər. Azərbaycana qarşı terror törətmiş həmin şəxslər isə hüquq qarşısında cavab verməlidir. Azərbaycan xalqı milli maraqlarından geri dönəsi deyil”.
Ramid İbrahimov












