ABŞ Milli Səhiyyə İnstitutunun (NIH) maliyyələşdirdiyi yeni araşdırma göstərib ki, müntəzəm fiziki aktivlik və kifayət qədər yuxu yaşlanma ilə əlaqəli iltihab proseslərini azaltmağa kömək edə bilər.

QHT.az xarici mediaya istinadən xəbər verir ki, tədqiqat zamanı 90 mindən çox insanın məlumatları təhlil edilib. Alimlər müəyyən ediblər ki, orta və yüksək intensivlikli fiziki aktivlik bəzi gen mutasiyalarının yaratdığı xroniki iltihabın təsirini zəiflədə bilər. Bu iltihab isə ürək-damar xəstəlikləri, o cümlədən infarkt və insult riskinin artması ilə əlaqələndirilir. 

Araşdırmada həmçinin laboratoriya heyvanları üzərində aparılan təcrübələr göstərib ki, keyfiyyətli yuxu və müntəzəm idman immun sisteminin fəaliyyətini yaxşılaşdıraraq orqanizmdə iltihab reaksiyalarını azalda bilər. Tədqiqatçılar bildirirlər ki, sağlam həyat tərzi yalnız ümumi sağlamlığı deyil, genetik dəyişikliklərin mənfi təsirlərini də müəyyən dərəcədə zəiflədə bilər. 

Mütəxəssislər qeyd edirlər ki, nəticələr gələcəkdə yaşlanma ilə bağlı xəstəliklərin qarşısının alınması və ürək-damar sağlamlığının qorunması üçün yeni profilaktik yanaşmaların hazırlanmasına töhfə verə bilər.