ABŞ-nin Kolumbiya Universitetinin alimləri tərəfindən aparılan yeni araşdırma göstərib ki, hər gecə yuxu müddətini orta hesabla 80 dəqiqə azaltmaq cəmi altı həftə ərzində çəki artımı ilə nəticələnə bilər. Tədqiqatın nəticələri Annals of Internal Medicine jurnalında dərc olunub.
QHT.az xarici mediaya istinadən bildirir ki, araşdırmada iştirak edən şəxslər yuxu müddətini azaltdıqdan sonra orta hesabla yarım kiloqrama yaxın çəki yığıblar. Alimlər bunun əsas səbəblərindən birinin insanların daha çox hərəkətsiz qalması olduğunu bildirirlər. Müşahidələr göstərib ki, yuxusu az olan iştirakçılar gün ərzində daha az fiziki aktivlik göstəriblər.
Tədqiqat müəlliflərinin sözlərinə görə, əvvəlki araşdırmalar da yuxu çatışmazlığının insulin müqavimətini artırdığını, ürək-damar xəstəlikləri və 2-ci tip diabet riskini yüksəldə biləcəyini göstərmişdi. Yeni nəticələr isə keyfiyyətli yuxunun sağlam çəkinin qorunmasında mühüm rol oynadığını bir daha təsdiqləyir.
Piranə Xasiyeva












