Anti-sionist, sülh tərəfdarı olan bir yəhudi qrupu ABŞ Konqresində etiraz aksiyası keçirərək Qəzzaya hücumların dayandırılmasını istəyib. Konqres binasına daxil olan 500 nümayişçi saxlanılıb.
QHT.az xəbər verir ki, özünü “Fələstinin azadlığı üçün təşkilat edən yəhudilər və sionizmdən kənar bir yəhudilik” olaraq təyin edən sülh tərəfdarı qrup çərşənbə günü ABŞ Konqresində keçirilən etiraz aksiyasında Qəzzada qətliamın dərhal dayandırılmasını və atəşkəsin elan edilməsini istəyib. Konqresdən kənarda başlayan etiraz nümayişçilərin Konqresin binasına daxil olması ilə daha da böyüyüb. Binanın tarixi günbəzi altında oturaq etiraz aksiyası keçirən və atəşkəs şüarları səsləndirən etirazçılar “Yəhudilər hazırda atəşkəs çağırır” köynəklərini geyiniblər.
Qrup sosial şəbəkələrdəki paylaşımında sionizmi də hədəfə alıb: “Biz Qəzzada soyqırımın dayandırılmasını tələb etdiyimiz kimi, bizi bu nöqtəyə gətirən sionizm, aparteid və müstəmləkəçilik sistemlərini məhv etmək üçün eyni səyi göstərməliyik ”.
Pərvanə Fərhadqızı












