Avqust ayında kriptovalyuta layihələrinə qarşı 16 böyük hücum nəticəsində hakerlər 163 milyon dollar oğurlayıb. Bu barədə “PeckShield” analitik şirkəti məlumat yayıb.
QHT.az xəbər verir ki, ən böyük itki – 91 milyon dollar – şəxsi pul kisəsinin giriş məlumatlarını fırıldaqçıya verən naməlum Bitcoin sahibinin payına düşüb.
Haker hücumlarından ən çox zərər görənlər arasında:
-
Türkiyənin BTCTurk birjası – 50 milyon dollar,
-
OdinFun platforması – 7 milyon dollar,
-
BetterBank.io DeFi protokolu – 5 milyon dollar,
-
CrediX Finance (Solana şəbəkəsi) – 4,5 milyon dollar.
Müqayisə üçün, iyul ayında ziyan 142 milyon dollar təşkil edib.
Ümumilikdə, 2025-ci ilin ilk yarısında 75-dən çox hücum nəticəsində 2,1 milyard dollar kriptovalyuta oğurlanıb.
R.İmanov












