Labubu, canavarlar şəklində kolleksiya edilə bilən təmtəraqlı oyuncaqlar markasıdır.
QHT.az xəbər verir ki, Çinin məşhur oyuncaq istehsalçısı Pop Mart International Group Ltd., Labubu kuklalarına güclü qlobal tələbin nəticəsində mənfəətinin kəskin artdığını açıqlayıb. 2025-ci ilin birinci yarısında şirkətin gəliri illik 204% artaraq 13,88 milyard yuana (1,93 milyard dollar), xalis mənfəəti isə 397% artaraq 4,57 milyard yuana (636 milyon dollar) çatıb. Pop Mart ABŞ və digər Qərb bazarlarında Labubu-nun artan populyarlığından faydalanaraq qlobal genişlənməni sürətləndirir və Çindən kənarda təxminən 100 yeni mağaza açmağı planlaşdırır. Labubu kuklaları Honq Konq dizayneri Long Kasin tərəfindən yaradılmış, ifadəli gözlər, tikanlı xəz və uzun qulaqlara malik kolleksiya oyuncaqlarıdır.
R.İmanov












