Bu yatağın tapıldığı region üçün strateji əhəmiyyəti var.
QHT.az xəbər verir ki, Cənubi Kaliforniyada, Salton Dənizinin altında təxminən 540 milyard dollar dəyərində litium yatağı aşkar edilib. Kaliforniya Universitetinin tədqiqatçılarına görə, bu yataq 382 milyon elektrik avtomobili üçün akkumulyator istehsalına kifayətdir. Geokimya professoru Maykl MakKibben yatağı “dünyanın ən böyük litium duzlu su yataqlarından biri” adlandırıb və ABŞ-ın litium idxalını dayandıra biləcəyini qeyd edib. Kaliforniya qubernatoru Gavin Newsom isə Solton Dənizini “litiumun Səudiyyə Ərəbistanı” adlandırıb. Imperial County isə iqtisadi baxımdan zəif bölgə olduğundan, litium tapıntısı illik milyardlarla dollar gəlir və minlərlə iş yeri yaratmaq potensialına malikdir.
R.İmanov












