İsrail qüvvələri 40 il həbsdə yatmış və keçən ay iki həftə fərqlə azad edilmiş iki keçmiş fələstinli məhbusun İsrailin şimalındakı Hayfa şəhərindəki evlərinə basqın edib.

QHT.az xəbər verir ki, hadisə ilə bağlı İsrailin İctimai Yayım Təşkilatı (KAN) məlumat yayıb.

Xəbərə görə, İsrail qüvvələri müdafiə naziri Yoav Gallantın imzaladığı əmrlə fələstinli Mahir Yunus və əmisi oğlu Kərim Yunusun Hayfa şəhərindəki evlərinə basqın edib.

Basqın zamanı İsrail qüvvələri iki keçmiş məhbusun əşyalarını, 15 min şekel (təxminən 4,32 min dollar) və “Fələstin Administrasiyasının pulu ilə satın alındığı iddia edilən Kerim Yunusun ailəsinə məxsus avtomobili” müsadirə edib.

"İsrail iddia edir ki, Fələstin Administrasiyası iki məhbusu azad etdikdən sonra belə onlara ayda min şekel (288 dollar) ödəyib".

İsrail hakimiyyəti 40 il İsrail həbsxanalarında yatmış Kərim Yunusu yanvarın 5-də azadlığa buraxıb.

Kərim Yunusun əmisinin oğlu Mahir Yunus 40 il İsrail həbsxanalarında yatdıqdan sonra yanvarın 19-da azadlığa çıxıb.

İsrail həbsxanalarında 29 qadın və 150 ​​uşaq olmaqla təxminən 4700 fələstinli məhbus var.