Nigeriyada prezident seçkiləri yaxınlaşarkən Anambra əyalətində Müstəqil Milli Seçki Komissiyasının (INEC) ofisinə və polis məntəqəsinə edilən hücumlarda 1 nəfər həlak olub.

QHT.az xəbər verir ki, yerli medianın məlumatına görə, hələlik şəxsiyyəti məlum olmayan silahlı şəxslər Anambra əyalətinin Cənubi İdemili bölgəsində INEC ofisinə və polis bölməsinə bomba və silahlı hücumlar həyata keçirib.

Polis bölməsinə edilən silahlı hücumda 1 nəfər həlak olarkən, INEC ofisinə təşkil edilən bombalı hücumda 1 nəfər yaralanıb.

Nigeriyada fevralın 25-də keçiriləcək seçkilər öncəsi INEC-in bütün ölkə üzrə ofislərinə edilən hücumlar həyəcan verici olmağa başlayır.

29 sentyabr 2022-ci ildə Nigeriyada prezidentlik uğrunda mübarizə aparacaq 18 namizəd və partiya lideri sülh müqaviləsi imzalayıb.

INEC prezidenti Mahmud Yakubu, 12 noyabr 2022-ci il tarixli açıqlamasında, 25 fevralda keçiriləcək prezident seçkiləri ilə əlaqədar ictimaiyyəti zorakılıqdan çəkinməyə çağırıb.