Avstriyanın xəbər agentliyi Viner Noyştadt şəhərindəki aviabazada baş verən qarşıdurmada bir nəfərin öldüyünü, bir nəfərin isə yaralandığını açıqlayıb.
QHT.az xəbər verir ki, Silahlı Qüvvələrin sözçüsü Michael Bauer, Twitter hesabından verdiyi açıqlamada, Wiener Neustadt hava limanı kazarmasında açılan qarşılıqlı atəş nəticəsində bir əsgərin öldüyünü, bir əsgərin isə yaralandığını bildirib.
Verilən məlumata görə, növbətçi əsgər mübahisə zamanı atəş açıb və daha sonra yüksək rütbəli zabit tərəfindən güllələnib. Yerli mətbuatda çıxan xəbərlərdə bir-biri ilə toqquşan əsgərlə rəisin əvvəllər də problemlərinin olduğu bildirilib.












