QHT.az xəbər verir ki, Uqandada yolu bağlayaraq oğurluq etdikləri iddiası ilə polis qrupları tərəfindən nəzarətə alınan əsgərlər polis bölməsinə basqın edən dostları tərəfindən qaçırılıb.
“The Daily Monitor” qəzetinin xəbərinə görə, paytaxt Kampala xaricindəki Kakoola bölgəsində yolları qeyri-qanuni bağlayaraq oğurluq etdikləri iddia edilən iki əsgər vətəndaşların şikayəti əsasında polis tərəfindən saxlanılıb.
Bu iki əsgər saxlandıqları Lumuli Polis İdarəsinə basqın edən 8 dost tərəfindən qaçırılıb.
Polis şübhəliləri qaçıran əsgərlərin şərhlərinin təsbit edildiyini və onların tutulması üçün axtarış əməliyyatına başlanıldığını açıqlayıb.
Son aylarda barrikadalar quraraq soyğunçuların sayının artdığı Uqandada ordu daha əvvəl oxşar hadisələrdə iştirakını inkar etmişdi.
Ordu rəsmiləri cinayətdə hərbi forma geyinmiş silahlı dəstələrin əli olduğunu iddia ediblər.












