QHT.az xəbər verir ki, Britaniya kral ailəsindən ayrılaraq həyat yoldaşı Meqan Markl ilə ABŞ-da məskunlaşan Şahzadə Harrinin çıxması gözlənilən "The Spare" adlı kitabında qardaşı Şahzadə Uilyam tərəfindən fiziki zorakılığa məruz qaldığını dediyi iddia edilib.
O bildirir ki, Londonda şahzadə Harrinin evinin mətbəxində baş tutan debatda şahzadə Uilyam Meqan Markl və Harrinin evliliyinə qarşı çıxır və Markl haqqında “çətin”, “kobud” kimi sözlərdən istifadə edir. İkisi arasındakı münaqişənin kitabda bu cümlələrlə açıqlandığı bildirilir: “O, əlindəki su stəkanını qoyub, mənə başqa cür xitab etdi və mənə tərəf getdi. Hər şey birdən oldu. Yaxamdan tutdu, boyunbağımı qoparıb məni yerə yıxdı. Mən itin qabına düşdüm. Konteyner qırıldı və parçalar kürəyimə batdı. Bir müddət belə dayandım, məəttəl qaldım. Sonra qalxdım və dedim ki, get”.
Şahzadə Harri qardaşı Şahzadə Uilyamın onu bu mətbəxdə təhqir etdiyini iddia edib.
Kitabda deyilir ki, Şahzadə Uilyam daha sonra "Bunu Meqana deməyə ehtiyac yoxdur" demiş və ardından Harri "Mənə hücum etməyini nəzərdə tutursan?" deyə soruşduqda, "Mən sənə hücum etməmişəm, Harold" deyə qardaşı Uilyam cavab vermişdi.












