Narkobaron El Çapo ləqəbli Xoakin Qusmanın oğlu Ovidio Quzman-Lopez Meksikada saxlanılıb. Narkotik kartelinin ən güclü olduğu Sinaloa ştatında polislə dəstə üzvləri arasında toqquşma baş verib. Qarşıdurmalarda azı 2 nəfər ölüb, 18 nəfər yaralanıb.

QHT.az xəbər veirr ki, atası həbs olunaraq ABŞ-a aparıldıqdan sonra təşkilata rəhbərlik etməkdə günahlandırılan Ovidio-nun 6 aylıq axtarışdan sonra yaxalandığı açıqlanıb. Qəzəbli dəstə üzvləri yolları barrikada qurub, maşınları yandırıb və hava limanına hücum ediblər.

Havaya qalxmağa hazırlaşan təyyarə güllə hədəfinə çevrildiyi üçün uçuşlar ləğv edilib. Hədəf edilən təyyarədə güllə gövdəni deşib və sərnişinlər müdafiə üçün təyyarənin döşəməsinə uzanıblar.

Təyyarədə heç kimin xəsarət almadığı açıqlansa da, Sinaloa əyalətinin üç hava limanında yüzlərlə reys təxirə salınıb. Qarşıdurmalarda azı 2 nəfər ölüb, 18 nəfər yaralanıb. Yerli hakimiyyət insanları evlərini tərk etməmək barədə xəbərdarlıq edib.