Yaşlıların Təhsili Assosiasiyasının sədri Azər Ramazanov Şərqi Avropa Vətəndaşlıq Təhsili Şəbəkəsinin (EENCE) 2025-ci il seçkiləri nəticəsində yenidən İdarə Heyətinə seçilib. Bu barədə o, açıqlamasında məlumat verib.
QHT.az xəbər verir ki, Azər Ramazanov bildirib ki, göstərilən etimad həm onun fəaliyyətinə, həm də regionda vətəndaşlıq təhsili üzrə görülən işlərə verilən yüksək qiymət hesab olunur:
“Bu etimad mənim üçün böyük məsuliyyətdir və regionda vətəndaşlıq təhsili sahəsində gördüyümüz işlərin yüksək qiymətləndirilməsidir. Son illərdə EENCE platformasında həyata keçirdiyimiz təşəbbüslər — Təlimlər Caravan, Eduthon, dialoq vebinarları və vətəndaşlıq təhsili üzrə innovativ proqramlar — regionda əməkdaşlığın güclənməsinə mühüm töhfə verib.”
Azər Ramazanov həmçinin EENCE üzvlərinə və tərəfdaşlara minnətdarlığını ifadə edib:
“Bu məsuliyyətli etimada görə EENCE üzvlərinə və bütün tərəfdaşlara təşəkkür edirəm.”












