Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev Qarabağ Universitetinin yaradılmasının ikinci ildönümü münasibətilə təbrik mesajı yayıb.

QHT.az xəbər verir ki, rektor Anar Nağıyev təbrikində Qarabağ Universitetinin ölkənin ali təhsil sistemində xüsusi mövqeyə malik olduğunu vurğulayıb:

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə yaradılmış Qarabağ Universiteti ölkəmizin ali təhsil məkanında özünəməxsus yer almaqla, Qarabağ və Şərqi Zəngəzurun gələcək inkişafında mühüm rola malikdir. Qarabağ Universiteti yarandığı ilk gündən sürətli inkişaf yolundadır, gənclərin mühüm seçim istiqamətlərindən birini təşkil edir. Universitetin yaradılmasının 2-ci ili münasibəti ilə başda rektor həmkarım hörmətli Şahin Bayramov olmaqla, Qarabağ Universitetinin professor-müəllim heyətini və tələbələrini səmimi qəlbdən təbrik edir, fəaliyyətlərində uğurların davamlı olmasını diləyirəm!"