Azərbaycan Boccia Milli Komandası Qazaxıstanın Aktau şəhərində keçirilən Türkidlli Dövlətlərin Beynalxalq Boccia turnirində uğur qazanıb. Ümumilikdə 13 nəfərdən ibarət milli komandamız yarışda yüksək nəticələr göstərərək rekord sayda medallar qazanıb.
QHT.az xəbər verir ki, komanda üzvləri ilə görüşən Federasiya prezidenti Vüqar Behbudov idmançıları təbrik edib. O, komandanın əldə etdiyi uğurların Azərbaycan Boccia Federasiyasının inkişafına böyük töhfə verdiyini vurğulayıb. İdmançıların gələcək yarışlarda da eyni əzmlə çıxış etmələrini arzulayıb.
Bocciaçılarımız fərdi kateqoriyalar üzrə 5 qızıl və 1 gümüş medal, komanda və cütlük yarışlarında isə 2 qızıl medal qazanıblar.
Bu nəticələrlə Azərbaycan beynəlxalq turnirin ən uğurlu komandası olub və Boccia üzrə idmançılarımız beynəlxalq arenada öz gücünü bir daha nümayiş etdiriblər.












