Ümumdünya Televiziya Günü münasibətilə “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri, "Türküstan" Media Qrupun baş redaktoru Aqil Camal televiziya tamaşaçısının davranışları və ənənəvi media vərdişlərinin bu gün də güclü şəkildə davam etməsi barədə fikirlərini QHT.az-a açıqlayıb.
Aqil Camal bildirib ki, insanların bir qismi hələ də informasiyanı ənənəvi mediadan əldə etməyə üstünlük verir. Onun sözlərinə görə, bu vərdiş yalnız çap mediasında deyil, televiziya sahəsində də özünü göstərir:
“Bir çox insanın ənənəvi alışqanlığı var. Yazını çap mediasından oxumaq kimi, televiziya ilə bağlı da eyni vərdiş mövcuddur. Məsələn, insanların çoxu istədiyi filmi YouTube-da axtarıb tapmaq əvəzinə, həmin film televiziyada təsadüfən yayımlananda ona daha böyük zövqlə baxır.”
Aqil Camal bunu televiziya ilə sosial media arasındakı emosional fərqlə əlaqələndirir:
“Bu vəziyyət göstərir ki, insanlar televiziyaya daha çox sadiqdir və oradan aldıqları təcrübəni daha zövqverici hesab edirlər. Televiziya hələ də bir ənənə kimi yaşamaqdadır.”
Pərvanə Fərhadqızı












