II Dünya müharibəsindən qələbə ilə çıxan SSRİ vaxtilə Almaniyanın müttəfiqi olmuş Türkiyəyə qarşı torpaq iddiaları irəli sürmüşdür. II Dünya müharibəsinin əvvəlindən Türkiyə Almaniya ilə müttəfiq olsa da,  sonda Türkiyə Almaniya ilə əlaqələri kəsdi  hətta 1945-ci ilin mart ayında Türkiyə formal olaraq Almaniyaya qarşı müharibə elan etdi. Lakin SSRİ-nin müharibədən qələbə ilə çıxması ermənilər üçün yeni bir fürsət yaratdı. Artıq “İzvestiya” və “Pravda” qəzetlərində erməni və gürcü alimlərinin imzası ilə Qars və Ərdahanın tarixi erməni və gürcü torpaları olması ilə bağlı məqalələr dərc edilirdi.

Fuat Köprülü

Türkiyənin böyük dövlət adamlarından olan professor  Fuat Köprülü  erməni və gürcü alimlərinin əsassız iddialarına mətbuatda əsaslı dəlillərlə cavab verirdi. SSRİ-də artıq ictimai rəyi hazırlayaraq Qars və Ərdahanın SSRİ-yə qatılması üçün zəmin hazırlanırdı.

 Onu da qeyd edək ki, Fuat Köprülü 1925-1948-ci illərdə SSRİ Elmlər Akademiyasının üzvü olub. Sonra (9  dekabr 1950 -20 iyun  1956-cı ilədək) isə  Türkiyənin Xarici İşlər Naziri vəzifəsində çalışıb. Onun bu vəzifədə ən böyük uğuru 18 fevral 1952-ci ildə Türkiyənin NATO-ya üzv qəbul edilməsi olmuşdur. SSRİ Elmlər Akademiyası Fuat Köpürlünün SSRİ-nin torpaq iddialarına qarşı həm də NATO üzvülüyə yönəlik xarici siyasətini nəzərə alaraq onu 1948-ci ildə Akademiyanın üzvülüyündən xaric  edirlər. Sonralar Türkiyə SSRİ münasibətlərində yumşalmsını nəzərə alaraq  F.Koprülüyə yenidə SSRİ Elmlər Akademiyasına  üzvülük təklif edilsədə o bunu rədd etmişdir. 

Şübhəsiz ki, SSRİ-nin II Dünya müharibəsindən qələbə ilə çıxması və Türkiyə ilə münasibətlər Qərbi Azərbaycanda yaşayan həmvətənlərimizin deportasiyasına təsirsiz ötüşmədi. SSRİ-də deporatsiya məsələlərinə  Azərbaycan türklərinə qarşı deporatsiyaya qədər  SSRİ-də Axıska və Krım türkləri və digər xalqlar qarşı sürgün   aktları həyata keçirilmişdi. Lakin SSRİ-də yeganə  rəsmi qərarla deportasiya məhz Azərbaycan türklərinə qarşı həyata keçrilən deportasiya oldu. Təbii ki, Qərbi Azərbaycanda yaşayan həmvətnlərimizin deporatsiya edilməsi oraya xaricdən ermənilərin gətirilməsi Türk dünyasının quru sərhədlərinin pozmaq xristiyan bufer zolağı yaratmağa xidmət etdiyi üçün, məsələ həm də Türkiyə-SSRİ münasibətləri kontekstində dəyərləndirilməlidir. 

 

Tədqiqatçı-hüquqşünas

Səməd Vəkilov