Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan Milli Platformasının həyata keçirdiyi “Azərbaycanda Vətəndaş Cəmiyyəti Təşkilatlarının davamlılığına nail olmaq üçün mexanizmlərin gücləndirilməsi” layihəsi çərçivəsində, Platformanın 5 istiqamətdə institusional sənədlər hazırlayır.
QHT.az xəbər verir ki, hazırda Azərbaycan Milli Platformasının Fəaliyyət Planı, Strateqiya Planı, Kommunikasiya və Görünüklük Planı və Vəkillik Planlarının hazırlanması istiqamətində işlər davam etdirilir.
Sənədlərin hazırlanmasında məqsəd Platformanın vizyonuna, missiyasına və qrant vermə məqsədlərinə nail olmaq üçün Platformanın effektiv ünsiyyət qurmaq, onun görünüklülüyünü artırmaq, müdafiə etmək, idarə etmək və planlaşdırmaq qabiliyyətinin artırılmasına töhfə verməkdir.
Qeyd edək ki, ekspert “Kamil Vətəndaş" Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynlinin rəhbərliyi ilə həyata keçirilən fəaliyyətə institusional boşluqlarının qiymətləndirilməsinin və onların aradan qaldırılması üçün müvafiq fəaliyyət planının hazırlanması, Azərbaycan Milli Platformasının institusional sənədlərinin nəzərdən keçirilməsi və aşağıda qeyd olunan planların işlənib hazırlanması daxildir.
Pərvanə Fərhadqızı












