Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi İctimai Birliyi regionlarda insan alverinə qarşı mübarizə tədbirlərin genişləndirir.
QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunan layihə çərçivəsində Quba, Qusar və Şabran rayonlarının mərkəzdən uzaqda yerləşən qəsəbə və kəndlərində insan alverinə qarşı mübarizə tədbirləri çərçivəsində maarifləndirmə işlərinin həyata keçirilməsi davam edir.
“Mərkəzdən ucqarlara- məişət zorakılığı, erkən nigahlar və potensial insan alveri qurbanları barəsində maarifləndirmə tədbirlərinin təşkili” layihəsinin icra planına uyğun olaraq davam edir. Aidiyyəti qurumlarla müvafiq əmək müqavilələri bağlanılıb. Hədəflərə doğru güclü addımlar atılır. Layihənin icrası üçün tələb olunan bütün tələblər ödənilir.
Qeyd edək ki, maarifləndirmə tədbirlərində müvafiq icra hakimiyyəti orqanlarının iştirak edir.
Pərvanə Fərhadqızı












