Azərbaycan və Ermənistan baş nazirləri Gürcüstanda görüş keçiriblər.
QHT. az bildirir ki, bu barədə Gürcüstan hökumətinin Mətbuat Xidməti məlumat verib.
Qeyd olunur ki, Əli Əsədov və Nikol Paşinyan Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin vasitəçiliyi ilə görüşüblər.
Gürcüstan, Azərbaycan və Ermənistan baş nazirlərinin görüşü bir neçə saat davam edib.
Danışıqların təfərrüatı açıqlanmayıb.












