QHT.az xəbər verir ki, Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani mətbuat konfransında bildirib ki, Qəzza zolağının vətəndaşlarının su, qida və dərmandan məhrum edilməsi qəbuledilməzdir və daxili qanunları pozanların hamısı cəzalandırılmalıdır: “Qəzza zolağının mülki əhalisinə su, elektrik enerjisi, ərzaq, dərman axınının dayandırılmasına gəlincə, bu, qəbuledilməzdir”.
Bu münaqişə zamanı beynəlxalq hüququn pozulmasında günahkar olanlar cəzalandırılmalıdır, deyən nazir qeyd edib ki, İsrailin bombardmanlarından əziyyət çəkən Qəzza zolağı sakinlərinin xilas edilməsi üçün humanitar dəhlizlər açılmalıdır.
Bundan əvvəl İsrail hökuməti Qəzza zolağının tam humanitar blokadasını tətbiq edib, bölgəyə yanacaq, su və dərman tədarükünü dayandırıb - bu, beynəlxalq səviyyədə sərt şəkildə tənqid olunub.
Pərvanə Fərhadqızı












