Qarabağın Tərəqqisi naminə İctimai Birliyi tərəfindən həyata keçirilən “Ermənistanın törətdiyi hərbi cinayət faktlarının toplanması, müxtəlif dillərdə hazırlanması və yayılması, beynəlxalq arenada bu faktların təbliğində gənclərin iştirakının təşviqi” layihəsinin iştrakçısı Ataxanlı Nihat 20-23 oktyabr 2023-cü il tarixlərində Türkiyədə "Türkdilli vikimediaçıların konfrası"ında iştirak edib.
QHT.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə keçirilir. Azərbaycan Vikimedia İcmasının üzvləri olan Nihad Ataxanlı Toğrul Rəhimli Elçin Əliyev Firuzə Nəsibli Azərbaycanı konfransda təmsil edib. 22 oktyabrda Türkiyənin İstanbul şəhərində keçirilən Türkdilli vikimediaçıların konfransının bağlanış mərasimi keçirilib. Mərasimdə "Türkdilli vikimediaçılar" istifadəçi qrupunun növbəti konfransının Azərbaycanda keçirilməsi qərara alınıb. Daha sonra istifadəçi qrupunun keçici bayrağı Azərbaycan Vikimedia icmasının üzvlərinə təqdim edilib.
Qeyd edək ki, konfransın 2025-ci ilin may ayında Bakı şəhərində keçirilməsi planlaşdırılır. Bu, Azərbaycanın ev sahibliyini edəcəyi ilk beynəlxalq Vikimedia konfransı olacaq.
Pərvanə Fərhadqızı












