BMT Günü Hökumət və BMT nümayəndələri, diplomatlar, vətəndaş cəmiyyətləri və digər tərəfdaşlarla birgə qeyd edilib.

QHT.az xəbər verir ki, BMT Günü münasibətilə Dayanıqlı İnkişaf Məqsədləri üzrə DİM Çempionları tərəfdaşlığın gücləndirilməsi və 2030-cu ilədək DİM-lərə çatmaq üçün verdikləri töhfələrə görə mükafatlandırılıb.

Qeyd edək ki, oktyabrın 24-ü Birləşmiş Millətlər Təşkilatı günüdür. 1945-ci ilin bu günündə BMT-nin yaranması haqqında qanun qüvvəyə minib. Qanun Çin, Fransa, Sovet İttifaqı, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları və digər dövlətlər tərəfindən imzalanıb. BMT-nin qanunu 1945-ci il aprel ayının 25-26-da San-Fransiskoda keçirilən beynəlxalq təşkilat yaratmaq üçün Birləşmiş Millətlər konfransında razılaşdırılıb. Sənəd 1945-ci il iyunun 26-da imzalanıb.Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra 1991-ci il oktyabrın 29-da Birləşmiş Millətlər Təşkilatına üzv olmaq məqsədilə BMT-nin Baş Məclisinə və dünya dövlətlərinə müraciət edib. BMT Baş Məclisinin 1992-ci il martın 2-də keçirilmiş 46-cı sessiyasında Azərbaycanın bu təşkilata üzv olması ilə bağlı qətnamə qəbul edilib. BMT-nin Nyu-Yorkdakı iqamətgahı qarşısında təşkilatın 181-ci üzvünün - Azərbaycanın dövlət bayrağı qaldırılıb

 

Pərvanə Fərhadqızı