Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan İsrailin xarici işlər naziri, Birgə Komissiyanın həmsədri Eli Koheni arasında görüş başlayıb.

 

QHT. az  Axar.az -a istinadən xəbər verir ki, C.Bayramov həmkarını Xarici İşlər Nazirliyinin binası önündə qarşılayıb.

 

Hazırda tərəflər arasında təkbətək görüş keçirilir.

 

Qeyd edək ki, E.Kohen Azərbaycanda səfərdədir.

 

***

 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan İsrailin xarici işlər naziri, Birgə Komissiyanın həmsədri Eli Kohen arasında təkbətək görüş başa çatıb.

 

Hazırda nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş keçirilir.

 

Görüşdə müxtəlif sahələrdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparırlar.