Ermənistan müxtəlif yollarla Qarabağa silah göndərməyə çalışdı, təəssüf ki, yenidən gərginlik yarandı.

 

QHT.az  Axar.az -a istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

 

“Bu gərginliyi aradan qaldırmaq və hərtərəfli sülh sazişi imzalandıqdan sonra yolların bərpasına və tikintisinə (Zəngəzur dəhlizi – red.) başlamaq lazımdır. Bu, elə Ermənistanın xeyrinədir”, - Çavuşoğlu bildirib.

 

Çavuşoğlu Azərbaycandan İran vasitəsilə Naxçıvana gedən yolun vacibliyindən də danışıb:

 

“Biz bunu da dəstəkləyirik, risklərdən qaçmaq üçün alternativ hər zaman lazımdır”.