15 yanvar 2019-cu il tarixində Azərbaycan vərəm əleyhinə QHT Koalisiyasının nümayəndələri Xəzər rayonunda yerləşən Uşaq sümük vərəm xəstəlikləri sanatoriyasında müalicə alan uşaqlara baş çəkmiş və tədbir keçirmişdir.
Tədbirin məqsədi burada müalicə alan uşaqlarla əyləncəli vaxt keçirmək, onları dinləmək və sevindirmək idi.
Tədbirdə sanatoriya sakinlərindən 17 uşaq və yeniyetmə, habelə tibb heyəti və işçi kollektivi iştirak etmişdir. Tədbir zamanı Koalisiya üzvləri uşaqlarla birlikdə əylənmiş, onlarla nahar etmiş və oyunlar oynayaraq onlarınəhval-ruhiyyəsini yüksəltməyə çalışmışdır. Əksəriyyəti bilikli və savadlı olan bu uşaqlar Koalisiya üzvlərinin verdiyi intellektual sualları məharətlə cavablandıraraq onları heyran etmişdir. Görünür bu uşaqlar günümüz uşaqlarından fərqli olaraq planşet və ağıllı telefonlardan uzaq, kitablarla böyüyürlər.
Sonda sanatoriya rəhbərliyi tədbirin təşkilinə görə Koalisiya üzvlərinəöz minnətdarlığını bildirmişdir.
Hər uşaq bir dünyadır, hər biri fərqli ailələrdən gələn və sümük vərəmindən əziyyət çəkən bu uşaqların həm mənəvi, həm də maddi dayağa çox ehtiyacı var. Onları unutmayaq, davamlı olaraq baş çəkib yad edək və ruhlandıraq. Çünki onlar bizim sabahımızdır, gələcəyimizdir
Sağlamlığa Xidmət ictimai birliyi












