"Leyla xanım haqqında o qədər gözəl sözlər söyləmək olar ki, bunları bir neçə kəlmə ilə ifadə edib başa çatdırmaq mümkün deyil. O sanki yerə enmiş qanadsız mələkdir. Onun həssas qruplara, xüsusilə sağlamlıq imkanları məhdud uşaqlara və sağlamlıq problemləri olan insanlara göstərdiyi qayğı və diqqət, sosial layihələrə verdiyi dəstək, şəhid ailələrinə, şəhid övladlarına və şəhid analarına göstərdiyi hörmət həqiqətən çox yüksək qiymətləndirilir. Leyla xanım hər kəs tərəfindən çox sevilir".

Bu fikirləri "Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək" İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva QHT.az-a açıqlamasında bildirib.

O bildirib ki, bu qədər gözəl dəyərləri özündə birləşdirən Azərbaycan xanımı, Azərbaycan qadınının nümunəsi həqiqətən də insanlara xeyirxahlıq hissini aşılayır. Leyla xanım humanitar və sosial layihələrin aparıcı qüvvələrindən biridir və mən bunu çox yüksək qiymətləndirirəm.

İstər Ukrayna ilə bağlı həyata keçirilən layihələr olsun, istər Afrika ölkələrində reallaşdırılan ərzaq yardımları, tibbi yardımlar və su kanallarının çəkilməsi layihələri, bunlar çox böyük göstəricilərdir. Bir insanın həyatında edə biləcəyi ən gözəl işləri Leyla xanım həyata keçirir.

Zülfiyyə Nuriyeva vurğulayıb ki, mən şəxsən Leyla xanımı çox sevirəm. Hansı tədbirdə görsək, insanlara olan səmimiyyəti və münasibəti hər zaman yüksək dəyərləndirilir. Böyükdən kiçiyə hər kəs onu sevir.

Müsahib qeyd edib ki, onun ekoloji təşəbbüslərə göstərdiyi dəstək Azərbaycanın təbiətinin, flora və faunasının qorunmasına böyük töhfə verir. Bu dəyərlərin uşaqlara və yeniyetmələrə aşılanmasında isə IDEA İctimai Birliyi xüsusi yer tutur. Leyla xanım çox heyvansevər insandır və bu sevgini bütün cəmiyyətə ötürə bilib. Uşaqlar da bu ruhda böyüyürlər.

O sözlərinə belə davam edib:

"Bu gün Leyla xanımı doğum günü münasibətilə ürəkdən təbrik edirəm. Onun gözəl övladları yetişir. Övladları da özü qədər humanist və xeyirxah uşaqlardır. İnanıram ki, Leyla xanımın bu xeyirxahlığı Allah qatında da çox yüksək qiymətləndirilir. Azərbaycan xalqı da onu sevir, yüksək dəyərləndirir və göstərdiyi nümunələri örnək götürür.

Leyla xanımın sosial qruplara göstərdiyi dəstək, yoluxucu xəstəliklərdən əziyyət çəkən uşaqları tez-tez ziyarət etməsi, əlillərlə birgə müxtəlif layihələrdə iştirakı, müxtəlif tədbirlərin təşkilatçısı olması xüsusi hörmət doğurur. Bu yaxınlarda uşaq evlərində eyni gündə doğulan uşaqları bir araya gətirərək onların doğum gününü qeyd etməsi də bunun bariz nümunəsidir.

Leyla xanım bütün bunları həyatına necə sığdırır? Bunlar bir insan ömrünə yazılacaq ən gözəl səhifələrdir. Onun qəlbinin və ruhunun gözəlliyi hər zaman üzündəki təbəssümdə əks olunur.

Leyla xanım incəsənətsevər uşaqlara da xüsusi qayğı göstərir. Rəsm çəkən uşaqları çox sevir, onlar üçün sərgilər təşkil edir. Xeyirxahlıq fəaliyyəti o qədər geniş istiqamətləri əhatə edir ki, artıq hər tədbirə qatılmaq üçün belə vaxt axtarır. Bununla yanaşı, bütün sığınacaqlara, valideyn himayəsindən məhrum uşaqlara və aztəminatlı ailələrə dəstək göstərir. O, bunları sadəcə sosial layihə kimi deyil, insan, Azərbaycan qadını və Azərbaycan anası kimi sevə-sevə həyata keçirir".

Son olaraq, Zülfiyyə Nuriyeva Leyla Əliyevaya öz səmimi diləklərini bildirib:

"Mən Leyla xanımı çox sevirəm. Ona uzun ömür, möhkəm can sağlığı arzulayıram və doğum günü münasibətilə ürəkdən təbrik edirəm. Allah bundan sonra da həyatında atdığı bütün addımlarda ona uğurlar nəsib etsin. İstəyirəm ki, Leyla xanım bilsin: onu bütün Azərbaycan xalqı sevir, bağrına basır və qəlbdən təbrik edir. Bu gözəl qadının üzündən təbəssüm heç vaxt əskik olmasın, hər zaman sağlam, enerjili və güclü olsun".

Piranə Xasiyeva