"Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova Azərbaycan Polisi Günü münasibətilə təbrik və təşəkkür mesajı paylaşıb.
QHT.az həmin paylaşımı təqdim edir:
"Vətənimizin asayişini qoruyan cəsur oğullarımız!
Başda qazi qardaşım olmaqla Sizi peşə bayramınız — Azərbaycan Polisi Günü münasibətilə ürəkdən təbrik edirəm. Bir şəhid anası və qazi bacısı olaraq hər birinizi öz övladım, qardaşım bilir, çətin və şərəfli fəaliyyətinizdə sizə dualar edirəm.
Canını Vətən uğrunda fəda etmiş şəhidlərimizin əmanəti olan bu müqəddəs torpaqları, onun asayişini və daxili təhlükəsizliyini qorumaq ən ali vəzifələrdən biridir. Siz gecə-gündüz demədən, xalqımızın rahatlığı və dövlətimizin sabitliyi keşiyində mərdliklə dayanırsınız.
Bu bayram günündə hər birinizə möhkəm cansağlığı, polad kimi iradə və çətin xidmətinizdə uğurlar arzulayıram. Uca Allah sizi, ailənizi və doğmalarınızı qorusun. Evinizdən hər zaman ruzi-bərəkət, sevincli günlər və xoş xəbərlər əskik olmasın.
Başınız hər zaman uca, yolunuz açıq, xidmətiniz dinc və əmin-amanlıq içində keçsin! Bayramınız mübarək!"












