Tərtərdə təlimlər başladı.

QHT.az xəbər verir ki, regional sülhə və əməkdaşlığa töhfə məqsədilə ABŞ Azərbaycan Minatəmizləmə Agentliyi, Minalar üzrə Məşvərət Qrupu və "Avrasiya" Beynəlxalq Mətbuat Fondu ilə əməkdaşlıq şəraitində  14 nəfərdən ibarət dörd sapyor qrupunun hazırlanmasına və təchiz edilməsinə başlayıb. 

“Yeni komandalar minaların təmizlənməsi üzrə qadın komandalarının yaradılması və minalardan təmizləmə üzrə qarışıq komandalara qadınların qoşulması yoluyla gender bərabərliyini təşviq edəcək. Qrup həmçinin qeyri-hökumət təşkilatlarının Azərbaycanda minalardan təmizləmə üzrə humanitar işlərdə iştirakını genişləndirməyə çalışır. Minalardan təmizləmə sahəsində Azərbaycanın institusional potensialını gücləndirmək və artırmaq üçün ANAMA ilə işləməyə davam edəcəyik”. – bu sözləri  Minalar üzrə Məsləhət Qrupunun ölkə üzrə direktoru Canet Deykstra bildirib.

Təlimdə ANAMA yanında ictimai şuranın üzvü kimi Qarabağ qazisi (əlili), jurnalist, Prezident təqaüdçüsü Rey Kərimoğlu da iştirak edib.

 

Pərvanə Fərhadqızı