Əmək və Əhalinin tabeliyində Sosial Xidmətlər Agentliyi nin maliyyə dəstəyi ilə Ağsu və Qobustan rayonlarında fəaliyyət göstərən Günərzi Qayğı Mərkəzlərində 18 İyun İnsan Hüquqları Gününə həsr edilmiş tədbirlər keçirilib. Bu barədə "Ailə Dünyası" Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri, tanınmış QHT sədri Gülayə Səfərova bildirib.

QHT.az xəbər verir ki, tədbirdə SXA rayon şöbələrinin əməkdaşları və rayon Gənclər Evinin nümayəndələri də iştirak ediblər.

Qeyd edək ki, ölkə başçısının 18 iyun 2007-ci il tarixli sərəncamı ilə hər il iyun ayının 18-nin Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi qeyd edilməsi qərara alınıb. Həmin tarixdən bu yana İnsan hüquqları Günü ölkəmizdə müxtəlif tədbirlərlə yadda qalır. Tarixi inkişaf mərhələlərindən keçən bəşər sivilizasiyasının son nəticədə qazandığı ən böyük nailiyyətlərdən biri insan hüquqlarına hörmət anlayışıdır. İnsan hüquqlarına hörmət cəmiyyətin demokratikliyini sübut edən əsas atributlardan biridir. 

 

Pərvanə Fərhadqızı