“Ölkəmiz BMT-nin 2016-2030-cu illər üçün təsdiqlənmiş DİM üzrə götürdüyü öhdəliklərin həyata keçirilməsi dövlət siyasətinin mühüm tərkib hissələrindən birinə çevrilib”. – bu sözləri İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov qeyd edib.

QHT.az xəbər verir ki, nazir müavini ölkəmizdə sosial-iqtisadi, ətraf mühit sahələrini əhatə edən dövlət proqramları, strategiyaların DİM-lərə uyğunlaşdırıldığını diqqətə çatdırıb: ““DİM Dialoqlar” təşəbbüsü çərçivəsində dövlət orqanları, özəl sektor, QHT-lər və beynəlxalq təşkilatlarla aparılacaq müzakirələrin ölkəmizdə Milli Prioritetlərin və 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliyin icrasına, iqtisadi və sosial siyasətə müsbət töhfə verəcəyinə əminik”.

 

Pərvanə Fərhadqızı