Kiberdələduzlar tərəfindən sosial şəbəkələrdə ”Azərpoçt” adından “Azerpost” adlı saxta səhifə yaradılaraq sahibsiz qalan mal tərkibli bağlamaların 5.50 AZN məbləğində satışa çıxarıldığı bildirilir.
QHT.az xəbər verir ki, “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyinin sədri Məleykə Əlizadə bildirib ki, bu cür dələduzluq reklamıdır və milyonlarla insanı tora salırlar: “Mən bu barədə Rəqəmsal inkişaf və Texnologiyalar nazirliyinə dərhal məlumat verdim. Bu onların rəsmi xəbərdarlığıdır. Dəyərli həmvətənlər, diqqətli olun və aldanmayın”.
“Azərpoçt” vətəndaşlara belə vədlərə etimad etməməyi, qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda- 169 Çağrı mərkəzi və rəsmi sosial şəbəkə hesablarından məlumatı dəqiqləşdirməyi tövsiyə edir.
Pərvanə Fərhadqızı












