Bəzi tikinti şirkətləri hələ də insanları aldadır. Belə şirkətlərdən biri də Bakı İnşaat MMC-dir.

QHT. ax  Axar.az-a istinadən  xəbər verir ki, bunu deputat Rüfət Quliyev parlamentin bugünkü iclasında deyib.

Deputat qeyd edib ki, dəfələrlə Bakı İnşaat MMC-nin rəhbəri Zahir Əsgərovla danışsa da, şikayətlər həll olunmur:

“İnsanların pulunu alıblar, amma öhdəliklərini icra etmirlər. Belə şirkətlərə qarşı ölçü götürülməlidir”.