Bu gün saat 05:30 radələrində “Əhmədli” stansiyasında manevr işləri aparılarkən 1 yük vaqonu relsdən çıxıb.

QHT. az bildirir ki, bu barədə Oxu.Az-a Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib.

“Hadisənin baş vermə səbəbi araşdırılır və hazırda nəticəsinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür. Qeyd olunan yük vaqonu Gürcüstan Dəmir Yollarına məxsusdur və 49 ildir istismardadır”.