Formula-1 Azərbaycan Qran Prisi ilə əlaqədar İçərişəhər ərazisinə nəqliyyat vasitələri və piyadaların giriş-çıxışı ilə bağlı müvəqqəti tətbiq edilən məhdudiyyət başa çatıb.
QHT. az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məlumat yayıb.
Məlumata görə, hazırda əraziyə daxil olmaq üçün mövcud olan bütün yollar açıqdır.












